Bakıda «Caspian Franchise» forumu keçirilir

04.03.2020 Выкл. Автор admin

Bakıda iki gün davam edəcək, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən «Caspian Franchise» forumu işə başlayıb.

«APA-Economics»in verdiyi məlumata görə, sözügedən forum ölkədə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platformadır. «Biznesin yarandığı yer» olaraq tədbir françayzinq haqda hərtərəfli məlumat almaq, uğurlu investisiya etmək və yeni biznesə başlamaq üçün əvəzolunmaz imkan yaradır.

«Caspian Franchise» forumu franşiza sahiblərini, sərmayəçilər və sahibkarları, françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirir.

Qeyd edək ki, «Caspian Franchise»ın əsas məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır.

Share