Bakıda daş karxanasında yanğın: bir nəfər öldü

Bakıda daş karxanasında yanğın: bir nəfər öldü

23.09.2019

13:58

Qaradağ rayonunda daş karxanasında ölümlə nəticələnən yanğın olub.

Oxu.Az xəbər verir ki, gecə saatlarında “Korgöz” daş karxanasında baş verən yanğında Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb.

Ehtimala görə, yanğın daş karxanasının istirahət otağında başlayıb.

Qeyd edək ki, X.Nəzərov karxanada operator işləyib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email