Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub

Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub

30.09.2019

9:42

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü İbrahim Əliyev naməlum şəxslə mübahisə edib. O, dava zamanı kürək nahiyəsi, qarın və qolundan 8 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email