Bakıda heç bir marşrutun fəaliyyətinə məhdudiyyət qoyulmayıb

Bakıda heç bir marşrutun fəaliyyətinə məhdudiyyət qoyulmayıb

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Samir Əli – Trend:

Ölkədə tətbiq edilən xüsusi karantin qaydaları ilə bağlı Bakıda fəaliyyət göstərən heç bir marşrut xəttinin hərəkət vaxtında dəyişiklik olmayıb.

Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, bütün marşrut xətləri və nəqliyyat mübadilə mərkəzləri əvvəlki qrafiklə işləyir:

“Bütün marşrut xətləri 22:30 və hətta 23:30-a qədər işləyir. Koroğlu Nəqliyyat Mərkəzi də bu müddətə qədər marşrut avtobuslarını qəbul edib yola salır. Məhdudiyyət yalnız Ekspress avtobus xətlərindədir. Həmin marşrut xətləri səhər 07:00-dan axşam 20:00-a qədər fəaliyyət göstərir. Digər marşrut xətlərinin hərəkət qrafikin heç bir dəyişiklik yoxdur. Həmin marşrutların fəaliyyəti sərnişin axınına uyğun olaraq tənzimlənir”.

Share