Bakıda iki qardaş yaşadıqları evdə dayısı oğlu tərəfindən bıçaqlandı

05.01.2020 Off By admin

Qaradağ rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Ümid qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Həmidov Arif Sabir oğlu və onun qardaşı 1985-ci il təvəllüdlü Həmidov Təşəkkür Sabir oğlu yaşadıqları evdə qonaq olan dayısı oğlu ilə mübahisə ediblər. Nəticədə hər iki qardaş bıçaqlanıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Həmidovun vəziyyəti ağırdır.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Hadisənin təfərrüatı araşdırılır.