Bakıda mənzil partladı, xəsarət alan var

Bakıda mənzil partladı, xəsarət alan var

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda mənzildə partlayış olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Rayonun Qara Qarayev prospekti ev 24, mənzil 13 ünvanında hamam otağında qızdırıcıda baş verən nasazlıq nəticəsində partlayış olub.

Partlayış zamanı ev sahibi, 1958-ci il təvəllüdlü Musayev Famin Mədət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share