Bakıda mənzildən 3 min manatlıq oğurluq olub

Bakıda mənzildən 3 min manatlıq oğurluq olub

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda mənzildən oğurluq edilib.

APA-nın məlumatına görə, Sabunçu rayon Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində naməlum şəxslər İ. Babayevə məxsus mənzilə daxil olaraq 1600 manat dəyərində televizor, məişət əşyaları və 3 qol saatı oğurlayıblar. Zərərçəkənə ümumilikdə 3 min manata yaxın ziyan dəyib.

Sabunçu 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1986-cı il təvəllüdlü Sərdar Qəzənov və 1989-cu il təvəllüdlü Hikmət Qurbanov saxlanılıb.

Araşdırma aparılır.

 

Share