Bakıda polis əməliyyat keçirib, narkotacilər saxlanılıb

Bakıda polis əməliyyat keçirib, narkotacilər saxlanılıb

21.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin  14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində yaşayan Məşədi Bağırovun həyətində aqrotexniki üsulla yetişdirilmiş 43 ədəd 670 qram çətənə kolu aşkar edilib.

Bundan başqa Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyevdən 0,120 qram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Share