Bakıda qarajdan 6 min manatlıq oğurluq olub

Bakıda qarajdan 6 min manatlıq oğurluq olub

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda qarajdan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-dən 11-dək olan müddətdə rayon ərazisindəki qarajların birindən 6000 manat dəyərində mobil telefon, 6 ədəd fotoaparat, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ. Həsənov saxlanılıb.

Araşdırma aparılır.

Share