Bakıda qayınları tərəfindən döyülən şəxs xəstəxanaya yerləşdirilib

Bakıda qayınları tərəfindən döyülən şəxs xəstəxanaya yerləşdirilib

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 50 yaşlı şəxs iki qaynı tərəfindən döyülüb.

APA xəbər verir ki, hadisə Leyla Məmmədbəyli küçəsi, 29 V ünvanında baş verib.

1970-ci il təvəllüdlü Hüseynov Sərdar Qara oğlu qayınları ilə əlbəyaxa dava edib. Nəticədə S.Hüseynov üz və baş nahiyəsindən xəsarət alıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Share