Bakıda qızıllarını ərindən xəbərsiz lombarda qoyan qadın polisə yalan məlumat verib

07.03.2020 Выкл. Автор admin

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəsəbə sakini olan qadın martın 1-də saat 20 radələrində yaşadığı evə girən 2 nəfərin onu yumruqla vurub əllərini iplə bağlayaraq oradan 2150 manat, 2000 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyalarını apardıqlarını bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının quldurluq faktı barədə verdiyi məlumat təsdiqini tapmayıb.

O, izahatında qızıl əşyalarını ərindən xəbərsiz lombarda verməsini etiraf edib.

Share