Bakıda sərnişin avtobusu qəza törətdi

08.02.2020 Off By admin

Bakının Suraxanı rayonunda yüksək sürətlə hərəkət edən avtobus qəza törədib.

Oxu.Az xəbər verir ki, qəza anını əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Yeni Suraxanı qəsəbəsində yüksək sürət səbəbindən qəza törədib.

Yüksək sürətlə hərəkət edən avtobus yolun kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində ölən olmayıb.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Könül Cəfərli  

Share