Bakıda sürücü qəza törədərək işıq dirəyini aşırdı

29.11.2019 Выкл. Автор admin

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Biləcəri qəsəbəsində qeydə alınıb. Rəşid İsmayılov küçəsində İlham Ağayev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Biləcəri dairəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əks yola keçib. Bu zaman avtomobil yolun ortasındakı işıq dirəyini aşırıb.

Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Əraziyə Binəqədi Rayon Döyvlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Share