Bakıda yol qəzası baş verib, ölən və yaralanan var

Bakıda yol qəzası baş verib, ölən və yaralanan var

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Nobel prospektində – “Nargilə dairəsi” adlanan ərazidə qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “VAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə hələlik kimliyi müəyyən edilməyən “VAZ” markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib.

“Mercedes” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Bağırov Nofəl Musa oğlu ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Share