Bakıda yük avtomobilindən oğurluq edən yeniyetmələr saxlanılıb

Bakıda yük avtomobilindən oğurluq edən yeniyetmələr saxlanılıb

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda yük avtomobilindən oğurluq edilib.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Z. Niftəliyevə məxsus “Shagman” markalı yük avtomobilində 700 manat dəyərində akumlyator oğurlanıb. 

Xəzər rayon Polis İdarəsinin Post Patrul Bölüyü əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən yeniyetmələr -2004-cü il təvəllüdlü Ə. Cəfərov, 2005-ci il təvəllüdlü  T. Abdullayev, 1999-cu il təvəllüdlü V. Qədirovla 1988-ci il təvəllüdlü R. Bəşirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

 

Share