Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı

14.03.2020 Выкл. Автор admin

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası (AFG) məlumat yayıb.

Bildirilir ki, federasiyanın bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Share