Banqladeşdə ölkənin ilk prezidentinin qatili edam edildi

Banqladeşdə ölkənin ilk prezidentinin qatili edam edildi

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Banqladeşin ilk prezidenti Mucibur Rəhmanın qatillərindən biri Əbdül Məcid şənbə günündən bazar gününə keçən gecə asılaraq edam edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin “Bangladesh Sangbad Sangstha” informasiya agentliyi xəbər yayıb.

M.Rəhmanı öldürən hərbi çevrilişdə iştirak edən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub. Onlardan 5-i 2009-cu ildə edam edilib. Aprelin 8-də isə 24 illik axtarışdan sonra qatillərdən sonuncusu Məcidin həbs olunduğunu bildirilib.

Prezident Mucibur Rəhman 15 avqust 1975-ci ildə Dakkadakı iqamətgahında həyat yoldaşı, üç oğlu, digər qohumları və ailənin yaxınları ilə (təxminən 20 nəfər) birlikdə öldürülüb. M.Rəhmanın hadisə zamanı Almaniyada olan iki qız sağ qalib. Onlardan biri, Şeyx Hasina, daha sonra Banqladeşin baş naziri vəzifəsini icra edib.

Share