Baş nazirdən qərar – Agentlik nümunələri müəyyən etməlidir

Baş nazirdən qərar – Agentlik nümunələri müəyyən etməlidir

08.11.2019

10:55

Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”i təsdiqləyib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əqli Mülkiyyət Agentliyi patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması, təqdim edilməsi qaydasını, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması, istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrini müəyyən etməlidir.

Qeyd edək ki, bu tələblər “Patent haqqında” qanunun 27-ci maddəsinin 6-cı hissəsinə əsasən hazırlanıb.

Tələblər Azərbaycanda ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması üçün Əqli Mülkiyyət Agentliyinə verilən iddia sənədinə dair tələbləri müəyyən edir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email