Baş Prokuror Zakir Qaralova Badamdarda kök salmış cinayətkar dəstə barəsində növbəti müraciət

Baş Prokuror Zakir Qaralova Badamdarda kök salmış cinayətkar dəstə barəsində növbəti müraciət

10.06.2019

15:07

Hörmətli Baş Prokuror!  Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin 15.04.1996-cı il tarixli 648-saylı sərəncamıyla mənə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi torpaq sahəsi ayrılmış və həmin ildən ərazidə abadlıq-təmizlik işləri aparmışam. 12 il öncə isə həmin torpaq sahəsini daş hasara almışam. Hazırda həmin torpaq sahəsində fərdi mənzil tikmək üçün hazırlıq işləri görürəm.  Bildirirəm ki, mənə məxsus torpaq sahəsi eskiz üzrə 3-cü yaşayış massivinin yuxarı hissəsində, dənizə tərəf, qayanın üstündədir, həmin ərazidən sonrakı torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin xəritəsində sürüşmə zonası kimi qırmızı zolaqda göstərilir. Burada son zamanlar baş vermiş torpaq sürüşməsi hallarının da məhz qanunsuz yolla verilən sənədlər əsasında aparılan tikintilərin sayəsində baş verməsi müvafiq orqanlara da bəllidir. Bütün bunlara baxmayaraq, bu günlərdə heç vaxt həmin ərazidə olmayan, qonşuların belə tanımadığı şəxslər (Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində Cəfərova Qönçə Zeynalabidin qızının adına verilmiş eyni ərazidə 2 ayrı-ayrı çıxarış ) əllərində ƏMDK yanında DƏDRX tərəfindən 12.12.2018-ci il tarixli 871 saylı sahəyə və 12.02.2019-cu il tarixli 874a saylı sahəyə verilmiş çıxarışlarla gələrək həmin qırmızı zolaqda tikinti işləri aparmağa başlamışlar.

Bəzi mənbələrdən öyrənmişəm ki, burada torpaq alqı-satqısıyla məşğul olan Amil adlı şəxsin vasitəsiylə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mühafizə şöbəsinin rəisi, polis polkovniki Xəqani Cəfərov gözünə sahibsiz görünən yerləri saxta sənədlərlə özəlləşdirərək başqalarına satır. Mənim evimin qarşısında da hansısa yolla öz həyat yoldaşı Cəfərova Qönçənin adına sənəd almış və burada qanunsuz tikinti işləri aparır.

Müraciət etdiyimiz əlaqədar orqanlar onlara bu sənədlər sayəsində heç bir təsir göstərmir. Bildirirəm ki, onlara verilmiş çıxarışlar son vaxtlar Badamdar qəsəbəsində boş görünən ərazilərə heç bir yerdə köklü qeydiyyatı olmayan saxta eskiz və sərəncamla verilmiş, saxta sənədlər əsasında hazırlanmışdır. Bu ərazilər təhlükəli sürüşmə zonası olduğundan həmin ərazilərə müvafiq orqanlar tərəfindən tikintiyə icazə verilə bilməz. Bu, həm də orada yaşayan insanların tikdirdiyi fərdi mənzillər üçün də təhlükə mənbəyidir. Hənçinin həmin ərazidə tikinti aparan şəxslərin sənədlərinin həmin ünvana olmadığı da açıq-aşkar görünür.

Sizdən həmin sənədlərin kimlər tərəfindən və hansı yollarla əldə edilməsi barədə Prokurorluqda təhqiqat aparılaraq saxtakarların, dələduzların aşkar edilib cəzalandırılmasını xahiş edirik.

     Fətullayev Izzət Hüseynağa oğlu,

Bakı şəhəri,Tağızadə küç, ev 7, mən. 103 tel:  050 403 33 11

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email