Başıbəlalı Gülnaraya qarşı yeni cinayət işi

Başıbəlalı Gülnaraya qarşı yeni cinayət işi

20.08.2019

14:35

Özbəkistanın Baş prokurorluğu ölkənin birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya qarşı yeni cinayət işi açıb.

Baş prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, Gülnara Kərimova “Kuvaysement” və “Bekabadsement” zavodlarının səhmlərini çox aşağı qiymətə alıb və sonradan bu səhmləri yüksək qiymətə xarici sahibkarlara satıb, bununla da dövlətə külli miqdarda maddi ziyan vurub.

Xatırladaq ki, 2015-ci ildə Gülnara Kərimova vergidən yayınmaqda, dələduzluq, soyğunçuluq, gömrük qanunvericiliyinin və iqtisadi hüquqların pozulması, saxta sənədlərin hazırlanması, qanunsuz gəlirlərin rəsmiləşdirilməsi maddələri üzrə ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yayında isə ev dustaqlığına buraxılıb. Bu günlərdə Daşkənddə ev dustaqlığından yenidən ümumi rejimli həbsxanaya köçürülüb.

G. Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar həcmindədir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.

Gülnara Kərimova indiyədək Özbəkistana cəmi 32 milyon dollar qaytarıb

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email