Bayram günlərində banklar hüquqi şəxslərə elektron əsasda xidmət göstərəcək

19.03.2020 Выкл. Автор admin

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində Azərbaycanda insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində (20-28 mart tarixləri) kommersiya bankları fəaliyyət göstərməyəcək. Lakin ixrac və idxalın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar üzrə elektron əsasda xidmətləri davam etdirəcək.

Share