BDU-nun tələbələri Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş ediblər

BDU-nun tələbələri Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş ediblər

09.11.2019

9:48

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar universitetin ərazisində yürüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tələbələr şanlı tarix yolu keçmiş üçrəngli bayrağımız ilə universitetin həyətində yürüş ediblər. Aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanması olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email