Ben Afflek və Mett Deymon Ridli Skottun “Sonuncu duel” filmində çəkiləcəklər

Ben Afflek və Mett Deymon Ridli Skottun “Sonuncu duel” filmində çəkiləcəklər

26.07.2019

10:30

Ben Afflek və Mett Deymon məşhur rejissor Ridli Skottun “Sonuncu duel” adlı yeni filmində baş rollarda çəkiləcəklər.  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə “Deadline” resursu yazıb.

Yazıda deyilir ki, film Erik Yaqerin “Sonuncu duel: orta əsrlərdə Fransada cinayət, qalmaqal və məhkəmə proseslərinin həqiqi tarixi” kitabı əsasında çəkiləcək. Bundan əlavə, Afflek və Deymon filmin ssenarisinin yazılması prosesinə cəlb olunacaqlar. Bu işdə onlara rejissor Nikol Holofsener kömək edəcək.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email