Berlin hərbi xərcləri artıracaq

Berlin hərbi xərcləri artıracaq

08.08.2019

10:32

Almaniya gələcəkdə də müdafiə və təhlükəsizlik xərclərini artıracaq.

AZƏRTAC xəbər verir ki, bunu ölkənin federal kansleri Angela Merkel bəyan edib. Ötən ilin məlumatına görə, AFR NATO-dakı digər tərəfdaşları ilə birlikdə öz öhdəsinə müdafiə məqsədləri üçün xərcləri artırmağı götürüb və növbəti 5 il ərzində onların həcmini ölkənin ümumi daxili məhsulunun 1,5 faizinə çatdırıb.

Xatırladaq ki, növbəti ildə 1,37 faiz həcmində təxsisat nəzərdə tutulub. Bu, 2019-cu ildə olduğundan 2 milyard avro çoxdur. Almaniya hökuməti etiraf edib ki, bir çox illər ərzində bundesverin maliyyələşdirilməsi yetərincə olmayıb. Eyni zamanda, bu quruma ayrılan məbləğ Müdafiə Nazirliyinin istədiyindən azdır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email