Berlində karantin rejiminə qarşı etirazlarda 300-dən çox nümayişçi saxlanılıb

Berlində karantin rejiminə qarşı etirazlarda 300-dən çox nümayişçi saxlanılıb

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Almaniyanın paytaxtı Berlin şəhərində koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qadağalara etiraz olaraq keçirilən iğtişaşlarda 5 asayiş keşikçisi yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilib ki, etiraz nümayişində minə yaxın şəhər sakini iştirak edib: “Ümumilikdə, polis tərəfindən 300-dən çox iğtişaşçı saxlanılıb. Onların əksəriyyəti barəsində xüsusi karantin rejiminin tələblərini kobud surətdə pozduqlarına, eyni zamanda hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərmə, hücum etmə, bədənə xəsarət yetirməyə görə cinayət işləri başlanılıb”. 

Xatırladaq ki, artıq bir neçə həftədir ki, Almaniyanın müxtəlif şəhərlərində analoji etiraz aksiyaları keçirilir.

 

Share