Beynəlxalq müşahidəçi: “Səsvermə prosesi şəffaf keçir”

09.02.2020 Off By admin

Beynəlxalq müşahidəçilər 15 saylı Yasamal birinci seçki dairəsində səsvermə prosesini izləyiblər.

APA-nın məlumatına görə, Rusiya və Almaniyanın parlament üzvləri, eləcə də beynəlxalq KİV nümayəndələri Yasamal 15-ci seçki dairəsinin müxtəlif məntəqələrində olublar.

Müşahidə qrupunun rəhbəri,  rusiyalı deputat Maksim İvanov APA-ya açıqlamasında dairə üzrə səsvermə prosesinin şəffaf keçdiyini və hər hansı qayda pozuntusuna rast gəlmədiklərini bildirib.

Share