Beynəlxalq turizmdən əldə olunan gəlirlər 450 mlrd. dollar azala bilər

Beynəlxalq turizmdən əldə olunan gəlirlər 450 mlrd. dollar azala bilər

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Yeni növ koronavirus (COVID-19) pandemiyası nəticəsində yaranan vəziyyət dünyada turizmdən əldə olunan gəlirlərin təxminən 450 mlrd. ABŞ dolları azalmasına səbəb ola bilər.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı BMT yanında Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşviliya istinadən xəbər verir. 

“Bu gün turizm COVID-19 pandemiyasının fəsadlarından ən çox təsirlənən sektorlardandır. UNWTO-nun hesablamalarına görə, bu il qlobal səviyyədə beynəlxalq turizm səfərlərinin sayı 30% azala bilər, bu da müvafiq olaraq beynəlxalq turizmdən əldə olunan gəlirləri təxminən 450 mlrd. dollar azalda bilər”, – deyə Z. Pololikaşvili qeyd edib.

UNWTO-un göstəricilərinə görə, dünya üzrə aviabiletlərin rezervasiyası 80%-lik azalmanı nümayiş etdirir.

Share