Binada yanğın

Binada yanğın

20.08.2019

19:26

13:01

Yasamal rayonunda İsmayıl bəy Qutqaşınlı küçəsi, 36 saylı binada yerləşən yaşayış binasında baş vermiş yanğında 17 sakin təxliyə olunub.

Bunu Trend-ə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, artıq bina sakinləri öz mənzillərinə geri dönüblər:

“Yanğın səhər saat 10:57-də qeydə alınıb. Alov 16 mərtəbəli binanın 13-16-cı mərtəbələrində giriş bloklarındakı elektrik kabellərində qeydə alınıb. Hadisə yerinə cəlb olunan əməkdaşlarımız dərhal bina sakinlərini təxliyə edərək alovun qarşısını alıblar. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb”.

Rəis müavini əlavə edib ki, digər aşağı mərtəbələrdə də qismən yanğın qeydə alınıb.

———–

12:15

Bakıda yanğın baş verən əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Trend-ə istinadən bildirir ki, yanğın 16 mərtəbəli binada baş verib.

İlkin məlumata görə, elektrik kabelləri bir-birinə dolaşaraq yanmağa başlayıb.

——-

11:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend-ə verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email