Binanın uçması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Binanın uçması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

29.08.2019

8:51

Ukraynanın Lvov vilayətinin Droqobıç şəhərində qaz sızması nəticəsində uçmuş binanın dağıntıları altından xilasedicilər daha 4 nəfərin cəsədini aşkar ediblər. Beləliklə, ölənlərin sayı 6-ya çatıb. Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regional idarəsi “Facebook” səhifəsində məlumat yayıb. Daha əvvəl 2 nəfərin öldüyü, 7 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

RİA Novosti agentliyinə istinadla xəbər verir ki, fövqəladə vəziyyətin aradan qaldırılması üçün 470 nəfər və 75 vahid texnika cəlb edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email