Biofizika İnstitutunda plazma zülallarının tədqiqat yolları müzakirə olunacaq

Biofizika İnstitutunda plazma zülallarının tədqiqat yolları müzakirə olunacaq

22.10.2019

10:07

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunda “Plazma zülallarının məxsusi fluoresensiyası” mövzusunda elmi seminar keçiriləcək.

Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, seminarda mövzu üzrə Ekoloji biofizika laboratoriyasının aparıcı elmi işçisi, dosent Mürsəl Dadaşov çıxış edəcək. Seminarda, həmçinin plazma zülallarının məxsusi fluoresensiyası (intrinsic fluorescence), fəaliyyət mexanizmləri, tədqiqat yolları və perspektivləri müzakirə olunacaq.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email