“Bir çox deputat sosial şəbəkələrin qurbanı olub”

“Bir çox deputat sosial şəbəkələrin qurbanı olub”

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Bu gün Azərbaycan xalqının hamısı uşaq pulunun bərpa olunmasını tələb edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib. 

O bildirib ki, hamının tələb etdiyi, bu qədər narazılıq yaradan uşaq pulu məsələsinin bərpa olunması üzərində hökumət işləsə yaxşı olar: “Ünvanlı sosial yardımla uşaq pulunun bərpa olunması arasında elə çox fərq yaranmır. Mən hesablamalar apardım, bu rəqəm 70 milyon manatı keçmədi. İqtisadçılardan da bu məsələyə diqqət yetirmələrini təklif edərdim. Eyni zamanda hökumət də bu məsələyə baxsın. Çünki bu, siyasi etimad məsələsidir”.

T. Kərimli qeyd edib ki, bir çox deputat sosial şəbəkələrin qurbanı olub: “Bizim sözlərimiz çox vaxt kontekstdən çıxarılaraq təqdim olunur”.

 

Share