Birjalarda neftin qiyməti

14.01.2020 Выкл. Автор admin

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 64,24 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,02 dollar ucuzlaşaraq 58,06 dollar təşkil edib.