BMT-nin baş katibi koronavirusa baxmayaraq Moskvaya səfər edəcək
06.03.2020BMT-nin baş katibi Antoniu Quttereş koronavirusa baxmayaraq 9 May — Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Moskvaya səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə A. Quterreş TASS-a müsahibəsində bildirib.
“Koronavirusa baxmayaraq planım hələ də qüvvədədir”, — deyə baş katib qeyd edib.
- Quttereş ölkələrin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq və koordinasiya şəraitində çalışacaqları təqdirdə koronavirusun nəzarətdə saxlanacağını, pandemiyaya çevrilməsinin qarşısının alına biləcəyini də diqqətə çatdırıb.