“Bney Yehuda”nın baş məşqçisi: “Bakıya gəlməkdə məqsədimiz qələbə qazanmaqdır”

“Bney Yehuda”nın baş məşqçisi: “Bakıya gəlməkdə məqsədimiz qələbə qazanmaqdır”

08.08.2019

0:36

         “Neftçi” çox güclü komandadır”.
APA-nın məlumatına görə, bunu “Bney Yehuda”nın baş məşqçisi Yossi Abukassis deyib.
İsrail təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Neftçi”nin qonağı olacaq. Oyunöncəsi mətbuat konfransında 49 yaşlı mütəxəssis bildirib ki, Bakı klubu “Arsenal”ı 3:0 hesabı ilə məğlub etməklə gücünü göstərib: “Bizim Bakıya gəlməkdə məqsədimiz qələbə qazanmaqdır. “Neftçi” güclüdür. Ancaq hər bir klubun məqsədi qalib gəlməkdir. Biz də buraya qalibiyyət üçün gəlmişik. Bu, futboldur, istənilən nəticə qeydə alına bilər. Bizim üçün önəmli olan hər iki görüşdə sərfəli nəticə qazanmaqdır”.
O bildirib ki, “Neftçi”nin zəif və güclü cəhətlərini artıq öyrəniblər və sabahkı matçda bundan yararlanmağa çalışacaqlar: “Müdafiədə, yoxsa hücumda oynayacağımızı da sabah görəcəksiniz. “Neftçi” çox güclü olsa da, özümüzü uğursuzluğa kökləyə bilmərik. Yalnız uğurlu nəticəyə köklənmişik. Məğlubiyyət haqda düşünmürük. Sabah hələ ilk oyun olacaq. Əminəm ki, qalib ikinci matçdan sonra bilinəcək. Yalnız müsbət məqamlar düşünürük”.
Qeyd edək ki, “Neftçi” – “Bney Yehuda” oyunu sabah saat 21:00-da başlayacaq.

Vüqar Xeyrullayev

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email