BOK Tokio Olimpiadasına hazırlaşmaları üçün idmançılara təqaüdün ödənilməsini davam etdirəcək

BOK Tokio Olimpiadasına hazırlaşmaları üçün idmançılara təqaüdün ödənilməsini davam etdirəcək

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Beynəlxalq Olimpiya Komitəsi (BOK) vaxtı 2021-ci ilə keçirilən Tokio Olimpidasına hazırlaşmaları üçün idmançılara təqaüdün ödənilməsini davam etdirəcək. Bu barədə məlumatı BOK-un mətbuat xidməti yayıb.

AZƏRTAC xəbər verir ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 8-dək nəzərdə tutulmuşdu, lakin koronavirus pandemiyası səbəbindən bir il təxirə salınıb. Olimpiada 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.

Məlumatda deyilir: “İdmançılara dəstək davam etdiriləcək. Təsdiq edilib ki, 185 milli olimpiya komitəsindən və qaçqın atletlərdən ibarət Olimpiya komandasından 1600-dən çox idmançı Olimpiya həmrəyliyi proqramları ilə təqaüd alacaq. Həmin ödəmələrin ümumi məbləği 2021-ci ilə qədər təqribən 110 milyon dollar təşkil edəcək”.

Share