Bölgələrdə olan deputat köməkçiləri ilə videokonfrans formatında görüş keçiriləcək

Bölgələrdə olan deputat köməkçiləri ilə videokonfrans formatında görüş keçiriləcək

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Bölgələrdə olan deputat köməkçiləri ilə videokonfrans formatında görüş keçirəcəyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. 

O bildirib ki, may ayının 15-də Bakı, Sumqayıt, Abşerondan olan deputat köməkçiləri ilə görüş keçirilib: “Deputatlar insanları narahat edən məsələlərin ortaya çıxması üçün dövlət qurumları qarşısında məsələ qaldırmalıdır. Deputat köməkçilərinin üzərinə bu işdə böyük vəzifə düşür. Deputat köməkçiləri ilə görüşlər davamlı xarakter alacaq. Öz köməkçilərinin namizədliyini müəyyən etməmiş deputatlar qısa zamanda bu məsələni həll etsinlər və Milli Məclisin Aparatına təqdim etsinlər”.

 

Share