“Böyük beşlik”də ən bahalı heyətə malik komanda bəlli olub

16.03.2020 Выкл. Автор admin

“Böyük beşlik” çempionatlarında iştirak edən klubların heyətinin dəyəri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “CİES Football Observatory” araşdırma mərkəzinin hesablamalarına əsasən “Liverpul” hamını qabaqlayır.

İngiltərə təmsilçisinin hazırkı heyətinin ümumi qiyməti 1 milyard 405 milyon avrodur. “Mançester Siti” 2-ci, “Barselona” 3-cüdür. Yalnız 6 klub 1 milyardı keçib.

1. Liverpul (İngiltərə) –  1,405 milyard avro
2. Mançester Siti (İngiltərə) – 1,361 milyard avro
3. Barselona (İspaniya) – 1,17 milyard avro
4. Real (İspaniya) – 1,1 milyard avro
5. Çelsi (İngiltərə) – 1,008 milyard avro
6. Mançester Yunayted (İngiltərə) – 1,007 milyard avro
7. PSJ (Fransa) – 979 milyon avro
8. Atletiko (İspaniya) – 836 milyon avro
9. Tottenhem (İngiltərə) – 787 milyon avro
10. Yuventus (İtaliya) – 783 milyon avro

Share