Böyük Britaniya Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək

08.03.2020 Выкл. Автор admin

Böyük Britaniya 2020-ci ilin sonunda Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın Nəqliyyat katibi Qrant Şaps məlumat verib. O deyib ki, Brexit keçid dövrü başa çatdıqdan sonra ölkəsi Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək. Beləliklə, Böyük Britaniyanın Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinə təyyarələrin uçuşa yararlılığını təsdiqləyən üzvlüyü 2020-ci il dekabrın 31-də başa çatacaq.

Nəqliyyat Departamentindən verilən açıqlamada bildirilib ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinə üzv olmaq iqtisadi və siyasi müstəqilliyə sahib olan Britaniyaya uyğun deyil.

Share