Böyük Britaniyadan şok açıqlama: “20 min ölümlə qurtarsaq, yaxşı nəticədir”

18.03.2020 Выкл. Автор admin

Böyük Britaniya hökumətinin baş elmi məsləhətçisi Patrik Vallans yeni növ koronavirusun minlərlə insanın ölümünə səbəb olacağını deyib.

KONKRET.az-ın məlumatına görə, o, bu barədə Britaniya Parlamentinin Səhiyyə və Sosial Nəzarət Komitəsində danışıb.

Vallans Böyük Britaniyada koronavirus nəticəsində 20 min və ya daha az insanın ölməsinin “yaxşı bir nəticə” olacağını bildirib.

O, virusun hazırda ölkə ərazisində 35 mindən 55 minə qədər insana yoluxa biləcəyini qeyd edib.

Bundan əlavə, elmi məsləhətçi qrip səbəbindən ölkədə hər il 8000 insanın öldüyünü də vurğulayıb.

Share