Britaniyada son sutkada koronavirusa yoluxanların sayı 54 mini ötüb

Britaniyada son sutkada koronavirusa yoluxanların sayı 54 mini ötüb

10.01.2021 Off By admin

Böyük Britaniyada son sutka ərzində koronavirusa 54 940 nəfər yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 072 349 nəfərə çatıb.

Son sutka ərzində 563 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 81 431 nəfərə çatıb.