Britaniyada son sutkada koronavirusdan 117 nəfər ölüb

Britaniyada son sutkada koronavirusdan 117 nəfər ölüb

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Şimali İrlandiya istisna olmaqla, Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 117 nəfər artaraq 34636-ya çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki,  bu barədə Krallığın Biznes, enerji və sənaye strategiyası naziri Alok Şarma bildirib.

Nazir qeyd edib ki, virusa yoluxanların sayı son sutkada 3142 nəfər artaraq 243303-ə yüksəlib.

O, əlavə edib ki, texniki problemlərə görə Şimali İrlandiya ötən gün ərzində statistik məlumatları vaxtında verə bilməyib.

 

Share