“Brügge”, “Ayaks” və “Slaviya Praqa”

“Brügge”, “Ayaks” və “Slaviya Praqa”

29.08.2019

8:23

UEFA Çempionlar Liqasının play-off mərhələsinin son üç cavab matçı oynanılıb. AZƏRTACxəbər verir ki, bu mərhələnin ikinci oyun günündə səfərdə 1:0 hesabı ilə qalib gələn “Slaviya Praqa” (Çexiya) doğma azarkeşlər önündə “ÇFR Kluj” (Rumıniya) komandasını eyni hesabla məğlub edib. APOEL (Kipr) öz meydanında qolsuz heç-heçədən sonra səfərdə “Ayaks” (Hollandiya) komandasına 2:0 məğlub olub.

Günün üçüncü qarşılaşması isə Belçikada oynanılıb. “Brügge” Avstriyanın LASK kollektivini qəbul edib. İlk görüş belçikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Öz meydanında (2:1) qalib gələn “Brügge” növbəti mərhələyə vəsiqə qazanıb.

Beləliklə, “Brügge”, “Ayaks” və “Slaviya Praqa” qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, mərhələnin ilk oyun günündə “Srvena Zvezda”, “Olimpiakos” və “Dinamo Zaqreb” qrup mərhələsinə vəsiqə qazanıblar.

Turnirin püşkatma mərasimi avqustun 29-da Monakoda keçiriləcək.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email