Brüsseldə ruandalı məmur “soyqırımında iştirak” maddəsi ilə məhkum edilib
21.12.2019Belçika paytaxtında keçirilən məhkəmə prosesində ruandalı keçmiş məmur barəsində hökm çıxarılıb.
AZƏRTAC xəbər verir ki, 71 yaşlı Fabyen Neretse 1994-cü ildə doqquz adamın qətlinə və daha üç nəfərə sui-qəsdə görə ömürlük həbs cəzasına məhkum edilib.
Sübuta yetirilib ki, müttəhim xutu etnik qrupunun silahlılarını yerli tutsilərə, habelə əcnəbilərə qarşı qızışdırıb.
Belçikada yaşayan politoloq Azər Səmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, “bu hökm tarixidir, çünki ilk dəfə Ruandanın hüdudlarından kənarda soyqırımı ittihamı ilə konkret şəxs barəsində çıxarılıb. Belçikada bu hökm ölkənin bütün tarixi ərzində soyqırımı aktına dair ilk qərardır”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel