Bu gecə Ramazanın sonuncu Qədr gecəsidir

Bu gecə Ramazanın sonuncu Qədr gecəsidir

20.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (Əhya) gecəsi olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Ramazanın 26-cı gününün axşamı da Qədr gecəsi sayılır. Bu il sonuncu Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazının 20-ci gününə, yəni mayın 14-dən 15-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə Ramazanın 22-ci gününə, yəni mayın 16-dan 17-nə keçən gecəyə təsadüf edib.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

Share