Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşı Azərbaycana gətirilib

08.04.2020 Off By admin

[ad_1]

Bakı. Elçin Mehdiyev – Trend:

Xaricdə olan azərbaycanlıların gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşının dövlət hesabına, xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilib.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, xaricdən gətirilən Azərbaycan vətəndaşları xüsusi karantində yerləşdirilir.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri orada olan Azərbaycan vətəndalarla təmasdadırlar. PA rəsmisi vurğulayıb ki, xaricdə xüsusi ehtyacı olan vətəndaşlarımıza diplomatik nüayəndəlilklər və adidiyyatı qurumlar dəstəklərini davam etdirirlər.

Share