Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir

Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir

06.04.2020 Off By admin

[ad_1]

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi karantin rejiminin tələblərinə birmənalı riayət etməlidir:

“Nəzərə alaq ki, bu pandemiya bütün dünyanı lərzəyə salıb. Bəşəriyyət bu virus qarşısında aciz qalıb, məsələnin nə qədər ciddi və təhlükəli olduğunu təsəvvür etmək çətin deyil. Hər birimiz Çində, İranda, İtaliyada, İspaniyada və digər ölkələrdə baş verən hadisələrin, ölümlərin şahidiyik. Dünyada hər gün 10 minlərlə insan bu virusa yoluxur, minlərlə insan xəstəlikdən dünyasını dəyişir, Ona görə də, hər bir kəs bu bəlanın, təhlükənin ciddiliyini anlamalıdır”.

K.Əliyeva qeyd edib ki, Azərbaycan dövləti öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir:

“İlk gündən etibarən sərhədlərin bağlanması, təlim-tədris prosesinin dayandırılması, Nazirlər Kabineti yanında Operativ Qərargahın və yeni laboratoriyaların yaradılması, “Yeni klinika”nın açılması və ora məhz koronavirus xəstələrinin yerləşdirilməsi, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının nəticəsidir ki, bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir”.

Deputat vurğulayıb ki, görülən bu tədbirlərlə yanaşı, insanlarımız da bu günlərdə daha həssas, diqqətli olmalı, verilən qərarlara birmənalı şəkildə əməl etməlidirlər:

“Mən inanıram ki, verilən tapşırıqlara, tövsiyələrə ciddi riayət etsək, evdə qalsaq, özünütəcrid qaydalarına əməl etsək, bu sınaqdan daha az itkilərlə çıxa biləcəyik. Unutmayaq ki, biz birlikdə güclüyük”.

Share