Bu gün biz bir olub virusun yayılmasının qarşısını ala bilərik (VİDEO)

Bu gün biz bir olub virusun yayılmasının qarşısını ala bilərik (VİDEO)

08.04.2020 Off By admin

[ad_1]

Bakı. Samir Əli – Trend:

Azərbaycanda koronavirusun qarşısını almaq üçün hər birimizin evdə qalmağı vacibdir.

Bunu Trend-ə İslam Oyunlarının gümüş mükafatçısı Rahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda virusun yayılması davam edir:

“Bu virus bütün dünyada yayılıb və hər kəs bu virusla mübarizə aparır. Mən bir vətəndaş kimi sizdən xahiş edirəm. Bu gün biz bir olub virusun yayılmasının qarşısını ala bilərik. Dövlətimiz bu virusun qarşısını almaq üçün əlindən gələni edir. Biz də bir vətəndaş kimi əlimizdən gələni etməliyik. Məcbur olmadıqca evinizdən çölə çıxmayın. Özünüzü və ətrafınızdakıları qoruyun. Çünki bu həyatda heç nə sağlamlığınızdan vacib deyil. Evdə qalın, sağlam qalın”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Share