Bu gün karantində 3 mindən çox vətəndaş saxlanılır

Bu gün karantində 3 mindən çox vətəndaş saxlanılır

08.04.2020 Off By admin

[ad_1]

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu gün Azərbaycanda 2 yaşdan başlamış 89-90 yaşa qədər xəstələrimiz var.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib deyib.

Onun sözlərinə görə, bu gün vəziyyəti həddindən artıq kritik olan 1 xəstə qadın var:

“Həmin qadında yanaşı gedən onkoloji xəstəlik var. Onu xüsusi vurğulayım ki, onkoloji, astma və digər yanaşı xəstəlikləri olanlar koronavirus xəstəliyini daha ağır keçirirlər. Ağır vəziyyətdə olanların əksəriyyəti də belə xəstələrdir”.

R.Bayramlı qeyd edib ki, bu gün Azərbaycanda karantində 3000-dən çox vətəndaş saxlanılır. Ötən həftə karantində saxlanılanların sayı 4000-ə yaxın idi.

TƏBİB sədri əlavə edib ki, karantində saxlanılanların rejimə əməl etməsi vacibdir. Xəstəliyə yoluxanlar arasında karantinə əməl etməyənlər də var.

Share