Bu xəstəlikdən 200 milyon insan öldü

31.01.2020 Off By admin
Tarix boyunca ölümcül viruslar, xəstəliklər hər zaman can almağa davam edib.

Keçmişdən bu günə kimi yayılmış ölümcül viruslar bunlardır.

İspaniya qripi – İspaniya qripi 1918-1920-ci illər arasında N1H1 virusunun ölümcül alt qrupun yol açdığı qrip xəstəliyidir. İspaniya qripi 18 ay ərzində 50 ilə 10 milyon insanın ölümünə səbəb olan insanlıq tarixinin ən dəhşətli xəstəliyi olub.

Honq-Konq qripi – İlk dəfə Honq-Konqda yayılan bu qrip H3N3 virusu olaraq bilinir və 1 milyon insanın ölümünə səbəb olub.

Fujian qripi- H3N2 virusu olub Honq-Konk qripi ilə oxşarlıq təşkil edib. Lakin onun qədər ölümcül təsiri olmayıb. Bu virusdan ABŞ-ın Texas ştatında 35 nəfər həyatını itirib.

Üçüncü vəba xəstəliyi – Bu xəstəlik 1855-ci ildə Çinin Yunnan əyalətində meydana gələn böyük vəba xəstəliyi idi. Bu vəbadan Hindistanda və Çində 12 milyon insan ölüb. Və xəstəlik 1959-cu ilə qədər mövcud olub.

Qara ölüm xəstəliyi – Qara ölüm xəstəliyi insanlıq tarixinin ən dağıdıcı xəstəliyi sayılır. Təxmin edilir ki, 75-200 milyon arası insan ölüb. Bu xəstəliyi yaradan ”Yersinia pestis” bakteriyası olub. Avropa nüfuzunun 60 faiz azalmasından və dini, sosial iqtisadı çöküşlərin səbəbkarı da məhz bu xəstəlik olub.

Antonina plaque xəstəliyi – Yaxın şərqdəki üsyandan Romaya qayıdan birliklər tərəfindən Roma imperatorluğuna yayılıb. Xəstəlik Roma imperatorunun və bir çox önəmli dövlət adamının ölümünə səbəb olub. Xəstəlik həmin dövrdə 5 milyon insanın həyatına son qoyub.

İtaliyan vəba – Şimal və orta İtaliyanı məhv edən xəstəlik olaraq tarixə düşüb. 1 milyon insanın yaşadığı ölkədə əhalinin 25 faizi həyatını itirib.

Amerika vəba kralı xəstəliyi – Filadelfiyada yayılan və 5 min insanın həyatına son qoyan sarılıq xəstəliyidir. Qara ciyəri zədələdiyi üçün xəstəliyə tutulan insan sarılıq keçirirmiş. Xəstəlik insanlara ağcaqanad vasitəsi ilə yoluxub. (ölkə.az)

Share