Bugünkü valyuta hərracında banklar 57 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 57 mln. dollar cəlb edib

21.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

APA-Economics”in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 56,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (19 may 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 2,2% və ya 1,2 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Share